“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb

Hit: 499
“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb
“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.
 
Faktor.az xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.
 
Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.
 
Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.
 
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.








Redaktorun seçimi