Alpaqut üzrə Respublika kuboku başa çatdı - FOTOLAR

Hit: 440
Alpaqut üzrə Respublika kuboku başa çatdı - FOTOLAR
13-14 Aprel 2024 - cü il tarixində Abşeron Olimpiya İdman kompleksində start götürən Alpaqut üzrə Respublika kuboku başa çatdı. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirildi. Yarışda respublikanın 40-a yaxın filialından 400-dən çox idmançı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq döyüş sistemləri üzrə yarışaraq öz güclərini sınadılar.
 
Yarışın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında  Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Millət vəkili Könül Nurullayeva, vitse-prezidentlər Emil Rəhimov, Hacı Nuran Hüseynov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Əməkdar İdman Xadimi Ağayusif Qurbanov  Abşeron-Xızı regional İdman İdarəsinin nümayəndəsi İlqar Xudiyev, Azərbaycan Kyokşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, Əminlər qrupunun Marketing üzrə menecer Amil Məmmədov, gənc iş adamı Elamin Dibirov  və ölkədə fəaliyyət göstərən digər təşkilatların rəsmiləri, qazilər, media nümayəndələri iştirak edib.
 
Yarışın bədii hissəsində Qismət Osmanov, Rəhimli Maqsud, Elmirağa Budaqov, Suraxanı filialının idmaçıları və Elşən Məmmədov nümunəvi çıxışları ilə iştirak etmişdir.
 
Yarışın Təşkilat komitəsi: 
Yarışın direktoru Kustan Vasif Namazov, AAF birinci vitse-prezidenti  Nuranə Şıxəliyeva, mədəniyyət departamentinin sədri Elmirağa Budaqov, baş katib Kürşad Rafiq Qasımov, Baş hakim Elsevər Puri, apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam intizam komitəsinin sədri Nurlan Kərimov, mətbuat katibi Zarina Hüseynova,
yarışın komendantları isə  Kənan Quliyev və Şahlar Vəliyev idi.
 
Yarışın ümumi komanda üzrə nəticələrini aşağıda təqdim edirik:
 
Ayça sistemi üzrə:
1-ci yer Emil Şamilov Döyüş Klubu
2-ci yer  Ağdam 
3-cü yer Suraxanı 
 
Batur sistemi üzrə:
1-ci yer Beyləqan 
2-ci yer Laçın
3-cü yer Şəmkir 
 
Çaymaz sistemi üzrə
1-ci yer Sabunçu 
2-ci yer Harun Döyüş Klubu 
3-cü yer Quba
 
Qurşaq sistemi üzrə
1-ci yer Yasamal 
2-ci yer FHN-nin sağlamlıq mərkəzi 
3-cü yer Qazax
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi