Dünya Alpaqut Federasiyanın uğurları - bu dəfə “Revista Dobrogeană” jurnalında

Hit: 464
Dünya Alpaqut Federasiyanın uğurları - bu dəfə “Revista Dobrogeană”  jurnalında
Dünya Alpaqut Federasiyanın (DAF) uğurları bu dəfə “Revista Dobrogeană”  jurnalında dərc edilib. 
 
Belə ki, DAF-ın TAFİSA - İdman hamı üçün Beynəlxalq İdman Assosiasiyanın qurultayında iştirakı və təşkilatın daimi üzvü olması, GAWSF - Dünya İdman Federasiyalarının Ümumi Assosiasiyasının üzvlüyü,  eləcə də Türkiyədə keçirilmiş 4-cü Dünya Alpaqut  Çempionatında rumın idmançılarının iştirakı ilə bağlı məlumat Rumıniyada  nəşr edilən  “Revista Dobrogeană” jurnalında əks olunub.
 
Qeyd edim ki, Tatar Demokratik Birliyi təşkilatının təsisçiliyi ilə işıq üzü görən “Revista Dobrogeană”  jurnalı milli dəyərləri inkişaf etdirmək və təbliğ etmək məqsədi daşıyır və öz səhifələrində mədəniyyət, adət-ənənə, tarix, təhsil, tibb, incəsənət, xəbərlər, idman, qanunvericilik və s. digər mövzulara geniş  yer verir.
Dünya Alpaqut Federasiyasının uğurlarını öz səhifəsində işıqlandıran "Revista Dobrogeană”  jurnalına və DAF-ın Rumıniya təmsilçisi Naim Belginə  dərin təşəkkürlərimi bildirirəm.

Dünya Alpaqut Federasiyasının prezidenti,
Millət vəkili Jalə Əhmədova

 








Redaktorun seçimi