Dünya Alpaqut Federasiyası İraqda - FOTOLAR

Hit: 433
Dünya Alpaqut Federasiyası İraqda - FOTOLAR

İraq Gənclər və İdman naziri Dünya Alpaqut Federasiyasının nümayəndə heyətini qəbul edib

08 - 13 mart 2024-cü il tarixlərində İraq Respublikasının Gənclər və İdman Nazirliyinin, İraq Alpaqut Federasiyasının dəvətilə Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti İraqın paytaxtı Bağdad şəhərinə səfər edib.
 
Bağdad şəhərində Qılqamış Universitetinin İdman kompleksində Alpaqut döyüş sənəti üzrə texniki seminar,  məşqçilər və hakimlər seminarı keçirilib. Seminar Alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov və onun asistenti Rafiq Qasımov tərəfindən gerçəkləşib.
Habelə İraq Olimpiya Komitəsində Alpaqut idmanı ilə bağlı təqdimat baş tutub. İraq Olimpiya Komitəsinin Baş katibi cənab Haitham Abdel Hamid Dünya Alpaqut Federasiyasının nümayəndələrini salamladıqdan sonra təqdimat mərasimi başlayıb. Mərasimdə Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri Vasif Namazov və idarə heyətinin üzvü Rafiq Qasımov, DAF vitse prezident Emil Rəhimov, İraq Alpaqut Federasiyasının vitse-prezidenti Mohammed Mohi iştirak edərək Alpaqut idman növünün beynəlxalq arenada uğurlarından, gələcək layihələrindən söz açıb və sualları cavablandırıblar. Daha sonra 9 mart 2024-cü il tarixində keçirilən seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
 
O cümlədən İraq Alpaqut Federasiyası və Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti beynəlxalq yarış standartlarına cavab verən idman komplekslərinə baxış həyata keçirərək növbəti illərdə Bağdadda Asiya çempionatının keçirilməsinə dair qərar qəbul ediblər.
Səfər çərçivəsində, həmçinin İraq Respublikasının Gənclər və İdman naziri cənab Əhməd Əl Mubarka  Dünya Alpaqut Federasiyasının nümayəndə heyətini qəbul edib.
 
Görüş zamanı, DAF-ın İraqda  təşkil etdiyi seminar və  təqdimat mərasiminin əhəmiyyəti vurğulanıb, gələcəkdə İraqda keçiriləcək beynəlxalq yarış layihələri müzakirə edilib. Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimov DAF-ın prezidenti, millət vəkili Jalə Əhmədovanın salamlarını çatdırıb və dəvətə görə təşəkkürərini bildirib.  
 
İraq Gənclər və İdman naziri cənab Əhməd Əl Mubarka Alpaqut idman növünün İraqda inkişafı üçün daim dəstəklədiyini,  İraq Alpaqut Federasiyasının İraqda ən aktiv federasiyalardan biri olduğunu qeyd edərək bundan sonra da beynəlxalq yarışlara ev sahibliyi etmək niyyətində olduğunu və bunun üçün bütün texniki problemlərin həllini öz üzərlərinə götürdüyünü bildirib.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi