Qadın sağlamlığında Fitnesin əhəmiyyəti - FOTOLAR

Milli Olimpiya Komitəsinin, Milli Antidopinq Agentliyinin, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin, Azərbaycan Autizm Assosiasiyasının, Reform Fitnes Mərkəzinin, Eco Product şirkətinin dəstəyi və INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və GFHC Fitnes Akademiyasının təşkilatçılığı ilə xanımlar üçün "Qadın Sağlamlığında Fitnesin Əhəmiyyəti" adlı INBA SEMINAR təşkil olunub.
İlk olaraq Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən seminarda fitnes sahəsində çalışan məşqçilər, idmançılar və tələbələr, şəhid ailələrinin gənc xanım üzvləri, irsi qan xəstəliyindən əziyyət çəkən, autizimli və daun sindiromlu uşaqların valideyinləri, həmçinin fəxri qonaq qismində Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri Rüfət Əfəndiyev ,Təhsil şöbəsinin müdiri Qüdrət Səfərov və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin könüllülərlə iş və təlim şöbəsinin rəhbəri Fidan Məmmədova iştirak ediblər. Seminarın keçirilməsində başlıca səbəb insanların asudə vaxtlarının idmana cəlb olunmasına dəstək olmaqdır.
Seminarın təlimçisi INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli məşqçi, beynəlxalq dərəcəli hakim, qidalanma və qida əlavələri üzrə mütəxəssis Elnur Şıxəliyev qadın sağlamlığının mövcud vəziyyəti, hormonlar və çəki nəzarəti, kardiorespirator təlimlər, müqavimət və elastiklik təlimləri, həmçinin qidalanma təlimatları adlı mövzuları haqqında dinləyicilərə ətraflı məlumat verib və sualları cavablandırıb.
Sonra 100 ballıq test sualları ilə iştirakçıların bilik səviyyəsi yoxlanılıb və rəsmi sertifikatlar təqdim olunub.
Xanımlar üçün nəzərdə tutulmuş seminar tam olaraq ödənişsiz həyata keçirilib.


