Dünya Alpaqut Federasiyasının növbəti - UĞURU - FOTOLAR

Hit: 615
Dünya Alpaqut Federasiyasının növbəti - UĞURU - FOTOLAR
Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) Dünya Alpaqut Federasiyasını (WAF) üzvlüyə rəsmən qəbul edib.
 
Faktor.az xəbər verir ki, ISNO-nun baş katibi Marko Tomasini Bakıya səfəri çərçivəsində Dünya Alpaqut Federasiyasının rəhbərliyi ilə əməkdaşlıq üçün müzakirələr aparıb.
 
Görüşdə Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimov və İdarə Heyətinin sədri Vasif Namazov iştirak ediblər.
 
Söhbət zamanı Marko Tomasini ISNO ilə bağlı ətraflı məlumat verib, əməkdaşlıq üçün WAF-ın rəsmi üzvlük sertifikatını Emil Rəhimova təqdim edib.
 
ISNO üzvlərinə yardım göstərmək məqsədilə İsveçrədə yerləşən idman qurumları tərəfindən yaradılan qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi idman şəbəkəsi vasitəsilə üzv təşkilatların idarə edilməsinə dəstək olmaqdır.
1
1
1
1
1
1








Redaktorun seçimi