Qələbəyə sevinən QARAbağlı - VİDEO

Hit: 2081
Qələbəyə sevinən QARAbağlı - VİDEO

Biri ittiham etdi, digəri cavabını verdi ...

Söhbət özünü bu dəfə Qara Qarayevlə gündəmə gətirən Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi və hər zaman peşəkarlığı ilə gündəmdə olan futbolçu Qara Qarayevdən gedir. 31 yaşlı yarımmüdafiəçi haqqında səsləndirilən əsasız fikirlərə keçməzdən əvvəl təqdim etdiyimiz videonu 1.10-dan 1.43-dək diqqətlə izləyək.

Hər şey aydındır ... Canni De Byazi fakt göstərməyə çalışdı. Amma dedikləri ilə göstərdiyi üst-üstə düşmədi. Çünki videoda Qara Qarayev görünmədi. Belə olan halda millinin vurduğu qola sevinmədiyinə necə inanaq? Məntiqsiz irada Qara Qarayevdən də cavab var: “Milli komandanın sabiq baş məşqçisinin dedikləri, yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan yığmanın formasını ləyaqətlə geyinmişəm”.

Hörmətli Canni De Byazi unutmaki bir qarabağlı kimi futbolumuzun ən vacib oyunçusu Qara Qarayev əsl vətənpərvərdir. Qaranın illərdir komanda yoldaşlarının uğuruna necə sevindiyini, dəstək olduğunu bütün futbol camisi bilir. İllərini futbola fəda verən, komandasını və yoldaşlarını meydanda tək buraxmamaq üçün həkimlərin təkidlərinə rəğmən həyatını riskə atıb meydana çıxan Qara Qarayevdir...

Nə isə ...  Sonda Qara Qarayevin 2020-ci ildə “Qarabağ söhbəti” layihəsinə verdiyi müsahibədən sitatı xatırlayaq: “Doğrusu odur ki, dəyişən zaman deyil. Məncə, insanlar, onların düşüncələri, istəkləri dəyişib”. Elədi ki, var Qara! Zamanında sözünü deyə bilməyənlərə bu gün can demirik. Amma hər bir qələbəmizə səninlə birlikdə cani könüldən sevinirik!

 









Redaktorun seçimi