Dünya alpaqutçuları Bakıda bir araya gələcəklər - ANONS

Hit: 346
Dünya alpaqutçuları Bakıda bir araya gələcəklər - ANONS
Noyabrın 23-də Gənclər və İdman Nazirliyi, Dünya Alpagut Federasiyası (DAF) və TAFISA-nın (Beynəlxalq İdman Assosiasiyası Hamı üçün) birgə təşkilatçılığı ilə İdman Akademiyasında mətbuat konfransı keçiriləcək.
 
Tədbirdə DAF-ın TAFISA-ya daimi üzvlüyü və gələcək layihələrlə bağlı məsələlər müzakirə olunacaq. Mərasimdə TAFISA-nın Avropa üzrə həmsədri Patrik Perrosa da iştirak edəcək.
 
Qeyd edək ki, bu yaxınlarda Almaniyanın Düsseldorf şəhərində TAFISA-nın konfransı olub. Alpaqut idman növünün dünyada geniş yayılması və kütləviliyi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirən DAF ilk dəfə konfransda iştirak edib.
 
Xatırladaq ki, noyabrın əvvəlində TAFISA-nın 2023-cü il üçün Assambleyasında səsverməyə əsasən, 21 yeni qoşulan təşkilatlar arasında DAF-ın daimi üzvlüyü təsdiqlənib. Federasiya nümayəndəliyinin rəhbəri Fərid Əlizadəyə rəsmi üzvlük sertifikatı təqdim edilib.
 
DAF-ın yaradılmasının əsas məqsədi Alpaqut Turan Döyüş Sənətinin inkişafını təmin etmək və eləcə də bu fonda əsl döyüş sənəti mədəniyyətinin Turan coğrafiyasında qədim türklərə aid olduğunu göstərmək və qədim türk döyüş ənənələrini dünyaya tanıtmaqdır.
Mənzil qərargahı Bakıda yerləşən Dünya Alpaqut Federasiyasının Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.








Redaktorun seçimi