Azərbaycan mərkəzli Dünya Alpaqut Federasiyasının möhtəşəm uğuru - TAFISA Assambleyası 2023 - FOTOLAR

Noyabr ayının 3-ü TAFISA-nın 2023-cü il üçün Assambleyası keçirilib. Dünya Alpaqut Federasiyasının (DAF) məsul şəxsləri bu Assambleyada iştirak ediblər.
Assambleyada səs vermələr keçirilib. İlk öncə TAFISA-ya üzv olan Yeni Milli Üzvlər, daha sonra isə Yeni Beynəlxalq Üzvlər səs verməyə çıxarılıb. Beynəlxalq Üzvlərə daxil edilən DAF Azərbaycanı təmsil etdiyi üçün, onun adı 21 yeni qoşulan təşkilatlar arasında ilk sırada hallanaraq daimi üzvlüyün təsdiqlənməsi üçün səsvermədə iştirak edib və yekdilliklə, 100% səs toplayaraq TAFISA-ya daimi, qalıcı üzv olub.
Sonra DAF deleqasiyasının rəhbəri Fərid Əlizadə səhnəyə dəvət edilib və rəsmi Üzvlük Sertifikatı ona təqdim edilib.
Sonra bir sıra layihələr üzrə səs vermələr keçirilib, DAF artıq səsvermədə iştirak haqqı qazandığı üçün səsvermələrə qatılıb. Səsvermələrdə Botsvana (Afrika) 2027-ci il üçün TAFISA Konqresinə ev sahibliyi edəcək, 2028-ci ildə isə Səudiyyə Ərəbstanı TAFISA Oyunlarının ev sahibi olacaq. Başqa, daha 23 başlıq altında səsvermədə layihələr qəbul olunub.
Assambleya 3 saat çəkib və sonda, Fərid Əlizadə TAFISA Prezidenti ilə yenidən bir araya gəliblər və xoş təəsüratlarla ayrılıblar. Axşam isə qonaqlar üçün xüsusi ziyafət təşkil olunub.
Bugün TAFISA Konqresinin başğlanış mərasimi keçiriləcək. Sabah isə bütün qonaqlar öz ölkələrinə geri dönəcəklər.


