Elvin Paşayev rayonun fəal idmançıları və məşqçiləri ilə görüşüb

Hit: 420
Elvin Paşayev rayonun fəal idmançıları və məşqçiləri ilə görüşüb
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonda fəaliyyət göstərən idman klublarının fəal idmançı və məşqçiləri ilə görüşüb
 
Görüşdə rayonda idman siyasəti həyata keçirən və idman sahəsində fəaliyyət göstərən qurumlar: Göygöl rayonu üzrə Gənclər və İdman Sektoru, UGİŞM-nin məşqçisi, Aşihara Karate Klubu, Taekvando Klubu, İrəvan İdman Klubu, Sensey Klubu, həmçinin digər idman növləri üzrə fəallıq göstərən idmançı və mışqçilər iştirak edib.
 
Görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Eyni zamanda Göygöl rayonunun mövcud idman bazasından, fəaliyyət göstərən klubların mövcudluğundan söz açaraq İcra başçısı qeyd edib ki, hal-hazırda rayonda mövcud olan bu baza idmanın inkişafı üçün böyük təkandır və sevindirici bir haldır. Gənclərin və idmançıların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayan Elvin Paşayev idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini bildirib.
 
Görüşdə çıxış edən məşqçi və idmançılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirərək qeyd ediblər ki, bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Sonra klub rəhbərlərin və idmançıların təklif və problemləri dinlənilib.








Redaktorun seçimi