Qarabağlıların Qara Qarayevi ! - VİDEO

18 illik sevgi və etimada görə təşəkkürlər, cənab kapitan!
Doğma Vətəninin adını daşıyan “Qarabağ” futbol komandasının şərəfini 18 il ərzində ən layiqli şəkildə qoruyan Qara Qarayev peşəkar fəaliyyətində dönüş edərək karyerasını “Neftçi” komandasında davam etdirəcək.
Keçirdiyi oyunlarda, daima komanda ruhunu qoruyan kapitan Qara Qarayevin “Neftçi” komandasına keçidi nəinki “Neftçi”nin azerkeşləri, həmçinin “Qarabağ”ın azerkeşləri tərəfindən böyük sevgi ilə qarşılanıb.
Belə ki, “Qarabağ” komandasının azerkeşləri onun klubdan getməsini məyusluq hissi ilə qarşılasalar da, neçə müddətdir əsas heyətdə oynamadığını söyləyərək ona qarşı bu yanaşmanın peşəkar olmadığını və onun komandadan ayrılmağının doğru addım olduğunu qeyd ediblər.
Keçirdiyi oyunlarda yarımmüdafiəçi kimi bütün gücünü oyuna sərf edən Qara Qarayev peşəkar oyunu və ötürmələri ilə azerkeşlərinin daimi sevgisini qazanıb. UEFA – Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” – “Linkoln” qarşılaşmasının 93-cü dəqiqəsində onun otürdüyü assist oyunun nəticəsini dəyişərək son anda doğma komanadasına qələbə sevinci qazandırdı.
Beləliklə, “Qarabağ”ın kapitanı bu klubda sonuncu oyununda öz missiyasını uğurla yerinə yetirdi.
Yolun açıq olsun, cənab kapitan...
Qarabağlıların Qara Qarayevi!


