Neftçalada futbol üzrə rayon birinciliyinə start verilib

Hit: 480
Neftçalada futbol üzrə rayon birinciliyinə start verilib
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə RİH-i başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunan futbol idman növü üzrə rayon birinciliyinə start verilib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
 
Futbol oyununda RİH-in məsul şəxslər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak edib.
Rayon birinciliyinin ilk günündə Neftçala FK - Xıllı FK, Bankə FK - Həsənabad FK komandaları qarşılaşıb. Məlumat üçün bildiririk ki, rayon birinciliyində 16 komanda qarşılaşacaq.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından bütün komandalara uğurlar arzulayırıq.








Redaktorun seçimi