AVF Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir

Hit: 416
AVF Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir
Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir. 
 
28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak edirlər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparırlar.
 
Bu gün ilk olaraq AVF-nin nümayəndələri və voleybol mütəxəssislərinin iştirakı ilə məşqçilərlə görüş keçirilib. Görüşdə voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışılıb. Tədbirdə hakimlər bugünkü yarışın qaydaları haqqında məlumat veriblər. 
 
Daha sonra oyunların püşkatması keçirilib və qarşılaşmalara start verilib. Bu gün matçlar bitdikdən sonra bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.








Redaktorun seçimi