Alpaqut üzrə Bakı şəhər açıq turniri keçirilib - FOTOLAR

Hit: 602
Alpaqut üzrə Bakı şəhər açıq turniri keçirilib - FOTOLAR
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan  Milli İdman Növləri Assosasiyasının dəstəyi, Dünya Alpagut Federasiyası Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Bakı şəhər açıq turniri keçirilib.
 
Faktor.az xəbər verir ki, yarışın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dünya Alpagut Federasiyasının birinci vitse prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva, Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti Fərid Əlizadə, Dünya Alpaqut Federasiyası İdarə heyətinin üzvləri Emil Rəhimov, Fərhad Əliyev, DAF Azərbaycan Nümayəndəliyinin prezidenti Qüdrət Nuriyev, vitse-prezident Nuranə Şıxəliyeva, Dünya Döyüş Növləri Oyunları Komitəsinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Barat Orucov, Real Aykido İctimai Birliyinin sədri Fariz Abdullayev,  Beynəlxalq Real Aykido Federasiyasının prezidenti İqor Petroviç, Azərbaycan Kyokuşin Karate federasiyasının birinci vitse prezidenti Allahverdi Rüstəmov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, KWU Azərbaycan Nümayəndəliyinin rəhbəri Qələndər Aslanov və təşkilatın sədr müavini Ələkbər Abbasov, Həyat fondunun rəhbəri Hacı Nuran Hüseynov və digər rəsmi şəxslər tədbirdə iştirak etdi.
 
Azərbaycan Voleybol Mərkəzində baş tutan açıq Bakı turnirində  respublikanın  40-a yaxın filialından 300-ə yaxın idmançı Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut  sistemləri üzrə yarışaraq öz güclərini sınadılar.
 
Komandaların nəticələrini aşağıdakı kimi diqqətinizə təqdim edirik.
 
Ayça sistemi üzrə:
 
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Ağdam
 
Batur sistemi üzrə:
1-ci yer Laçın
2-ci yer Şəmkir
3-cü yer Zərdab
 
Caymaz sistemi üzrə
1-ci yer  Ağdam
2-ci yer Harun Dk 3-cü yer Bakı İstanbul Liseyi
 
 
Qurşaq sistemi üzrə
1-ci yer Fatmayı
2-ci yer Şabran
3-cü yer Yasamal
 
Tədbirin bədii hissəsində çıxış etdilər
 
Bədii hissənin Aparıcısı
 
Nuray Hacızadə
 
1. Azyaşlılardan ibarət rəqs qrupu, Respublika uşaq və gənclər inkşaf mərkəzi- RUGİM.Kollektivin Rehberi
Cəfərov Fazil.
 
2. İfa etdi: Nihad Quluzadə "Heydər Baba"
 
3.İfa etdi: Sərxan Mirzəyev- “Dəmir yumruq”
 
4.İfa etdi:Mərdiyeva Nurbəniz- “Turan gəlsin"
 
5. İfa etdi: Elmirağa Budaqov-“ Xalq Heydər söyləyəcək”
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi