Milli idman növü olan Alpaqutun beynəlxalq əlaqələri genişlənir

Hit: 758
Milli idman növü olan Alpaqutun beynəlxalq əlaqələri genişlənir
Dünya Alpaqut Federasiyası daha bir mötəbər beynəlxalq idman təşkilatı olan, Fair Play - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyüınə qəbul edildi.
 
Milli idman növü, ümumtürk döyüş sənəti Alpaqut beynəlxalq idman təşkilatlarında sürətlə tanınmaqda davam edir. Belə ki, 10.05.2023- cü il tarixində Dünya Alpaqut Federasiyası daha bir mötəbər beynəlxalq idman təşkilatı olan, - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (İnternational Fair Play Committee) üzvlüyüınə qəbul edildi.
 
Məlumat üçün bildirək ki, son bir ildə Dünya Alpaqut Federasiyası sürətlə mötəbər beynəlxalq İdman növləri təşkilatları tərəfindən tanınaraq üzvlüyə qəbul edilir.
 
Belə ki, Dünya Alpaqut Federasiyası 19.05.2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE - International Council of Sport Science and Physical Education) tərəfindən, 7 dekabr 2022-ci il tarixində TAFISA - Hamı üçün Beynəlxalq İdman Assosiasiyası (The Association For International Sport for All ) tərəfindən, 10 mart 2023-cü il IMGC - Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsi (International Martial Arts Games Committee) tərəfindən üzvlüyə qəbul edilmiş, 02.05.2023 cü il tarixində isə Benəlxalq  Etno İdman Oyunları Konfederasiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır.
 
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası Alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaranmış beynəlxalq idman təşkilatıdır. Federasiyanın 50 dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub, assosiasiya və federasiyaları var. Bu günə qədər milli idman brendi kimi beynəlxalq arenada Azərbaycanı təmsil edən və  bu qədər uğura imza atan ilk beynəlxalq idman federasiyasıdır.
 
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna daşıyan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən qurulmuşdur, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Exspertiza şurası, Dövlət Patent Komitəsi və Müəllif hüquqları üzrə dövlət aqentliyi tərəfindən rəsmi sənədlərə malikdir.








Redaktorun seçimi