Baş İdarə rəisi Həmid Nəsirov Velosiped Federasiyasının nümayəndələri ilə müzakirə aparıb

Hit: 422
Baş İdarə rəisi Həmid Nəsirov Velosiped Federasiyasının nümayəndələri ilə müzakirə aparıb
Azərbaycan Velosiped Federasiyasının Gəncə nümayəndəliyinin rəhbərliyi və məşqçiləri Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsini ziyatət ediblər.
 
Görüşdə Baş İdarə rəisi Həmid Nəsirov qonaqları salamlamış və Nizami Yurdunda velosiped idman növünə marağın böyük olduğunu və artıq Gəncədə Gənclər və İdman Nazirliyi və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə peşəkar yarışların keçirildiyini qeyd edib.
Eyni zamanda rəis H.Nəsirov Gəncənin  şəraitinə və relyefi ə uyğun olaraq  velosiped məktəbinin nəticəyə köklənmiş perspektivin olduğunu vurğulamışdır.
 
Azərbaycan Velosiped Federasiyasının Gəncə nümayəndəliyinin məşqçisi Maksim Averin Gəncədə olmağından məmnun olduğunu, burada Vepolised İdman növünə insanların həvəsinin və  şəraitin əlverişli olmasını bildirmişdir.
Məşqçi hal-hazırda baza kimi Gəncə Olimpiya İdman Kompleksində istifadə etdiklərini və İdman növündə peşəkar şəxsləri yetişdirmək üçün orts məktəblərdə yığım işlərini planlaşdırdıqlarını qeyd edib.








Redaktorun seçimi