Alpaqut idman növü Köçəri və Etno Oyunları proqramına daxil oldu

Hit: 519
Alpaqut idman növü Köçəri və Etno Oyunları proqramına daxil oldu

Dünya Alpaqut Federasiyası və Beynəlxalq Etno Oyunlar Konfederasiyası arasında memorandum imzalanıb.

Memorandum onlayn formatda Dünya Alpaqut Federasiyasının Prezidenti, Millət Vəkili Jalə Əhmədova və Beynəlxalq Etno Oyunlar Konfederasiyasının Prezidenti Asxat Akibayev tərəfindən imzalanmışdır. Onlayn keçirilən imzalanma mərasimində Dünya Alpagut Federasiyasının İdarə Heyətinin Sədri Vasif Namazov, İdarə Heyətinin üzvləri, baş katib əvəzi Fərid Əlizadə, Beynəlxalq əlaqələr üzrə vitse-prezident Emil Rəhimov və eyni zamanda Beynəlxalq Etno Oyunlar Konfederasiyasının idman üzrə müavini Belek Usenbekovda iştirak etmişdir.
 
Onlayn  keçirilən konfransda Beynəlxalq Etno Oyunlar Konfederasiyasının missiyası və həyata keçirdiyi tədbirlərin təqdimatı və eyni zamanda Dünya Alpagut Federasiyasının missiyası və həyata keçirdiyi tədbirlər barədə məlumatlar verilib.  Sonda Əməkdaşlıq Memorandumu imzalanıb.
 
İmzalanan memoranduma əsasən artıq bundan sonra KÖÇƏRİ OYUNLARI ( NOMAD GAMES) və  ETNO OYUNLARI (ETNO GAMES) kimi tanınan beynəlxalq idman oyunları proqramında Alpaqut idman növü yer alacaq.
 
Qeyd edək ki, son bir ildə Dünya Alpaqut Federasiyası mötəbər beynəlxalq İdman növləri təşkilatlarında təmsil olunur. Belə ki, 19.05.2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE - International Council of Sport Science and Physical Education) tərəfindən, 7 dekabr 2022-ci il tarixində TAFISA - Hamı üçün Beynəlxalq İdman Assosiasiyası (The Association For International Sport for All ) tərəfindən, 10 mart 2023-cü il IMGC - Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsi ( International Martial Arts Games Committee) tərəfindən üzvlüyə qəbul edilib.
 
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası Alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaranmış beynəlxalq idman təşkilatıdır. Federasiyanın 50 dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub, assosiasiya və federasiyaları var. Bu günə qədər milli idman brendi kimi beynəlxalq arenada Azərbaycanı təmsil edən və  bu qədər uğura imza atan ilk beynəlxalq idman federasiyasıdır.
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna daşıyan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən qurulmuşdur, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Exspertiza şurası, Dövlət Patent Komitəsi və Müəllif hüquqları üzrə dövlət aqentliyi tərəfindən rəsmi sənədlərə malikdir.








Redaktorun seçimi