AzTU-da Ulu Öndərin 100 illiyinə həsr olunan X Spartakiadanın açılışı olub

Hit: 359
AzTU-da Ulu Öndərin 100 illiyinə həsr olunan X Spartakiadanın açılışı olub
Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın açılış mərasimi keçirilib.
 
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş olunub.
 
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev spartakiadaya vəsiqə qazanan komandaları təbrik edib. Bildirib ki, sağlam həyat tərzinin təbliği, eləcə də idman yarışlarına marağın artırılması üçün belə yarışların keçirilməsi faydalıdır. Rektor X Spartakiadanın Ulu Öndərin 100 illik yubileyinə həsr olunmasını xüsusi əhəmiyyətini də qeyd edib. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərik etdiyi bütün dövrlərdə idmanın inkişafını hər zaman diqqətdə saxlayıb. Bu gün Ümummili Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
 
Rektor bir daha spartakiadaya vəsiqə qazanan komandalara uğurlar arzulayıb.
 
Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək komandaları təbrik edib.
 
Tədbir idmançıların nümunəvi çıxışları və konsert proqramı ilə davam edib. 
 
Qeyd edək ki, X Spartakiada basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis, şahmat idman növü üzrə təşkil olunub. Mayın 5-də yekunlaşacaq yarışlarda müəllim və tələbələrdən ibarət 16 komanda iştirak edəcək.








Redaktorun seçimi