Kross qaçışı və gimnastika üzrə məktəblilər arasında yarış təşkil olunub

Hit: 561
Kross qaçışı və gimnastika üzrə məktəblilər arasında yarış təşkil olunub
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə imzaladığı əsasnaməyə uyğun olaraq Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ilə birlikdə 2023-cü ilin 04 aprel tarixində Heydər Əliyev Park Kompleksinin ərazisində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçirilmişdir.
 
Tədbirin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Daxili İşlər Nazirliyinin  İdman Cəmiyyətinin idman təşkili bölməsinin baş inspektoru polis polkovnik-leytenantı Zaur Məcidov çıxış edərək, iştirakçıları salamlamış və yarışın məqsədinin bədən tərbiyəsi və idmanın təbliğinə, kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarət olduğunu bildirmişlər.Yarışda 110-dan çox iştirakçı mübarizə aparmış və qaliblər diplom,medal və hədiyyələrlə mükafatlandırılmışdır.








Redaktorun seçimi