Gəncədə Kikboksinq idman növü üzrə yeni məşq zalının açılışı olub - FOTOLAR

Hit: 762
Gəncədə Kikboksinq idman növü üzrə yeni məşq zalının açılışı olub - FOTOLAR
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) akkreditasiyasından keçmiş, Nizami Yurdunda fəaliyyət göstərən “Sensey” Kikboksinq İdman Klubunun "Zenit" İdman Cəmiyyətinin Gəncə Şurasının bazasında yeni məşq zalının açılışı baş tutub.
 
Açılışda fəxri qonaqlar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin direktorları, Gəncə Olimpiya Kompleksin və idman cəmiyyətlərin rəhbərləri, AKF-in klub rəhbərləri, məşqçilər, idmançılar və iş adamları iştiak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Qarabağ şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Açılışda iştirak edən Baş İdarə rəisi Həmid Nəsirov və digər fəxri qonaqlar yeni məşq zalının istifadəyə verilməsi ilə bağlı xoş sözlərini bildirərək, gələcəkdə Kikboksinq idman növünün daha da inkişafında və idmanın kütləviliyinin artırılmasında bu zalın xidmətləri olacağından əminlik ifadə ediblər.
1
1
1
1
1
1








Redaktorun seçimi