Bakıda keçiriləcək dünya çempionatının məkanı bəlli oldu

Hit: 356
Bakıda keçiriləcək dünya çempionatının məkanı bəlli oldu
Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda işgüzar səfərdə olub.
 
Azərbaycan Taekvondo Federasiyasının yaydığı məlumata görə, WTF rəsmisinin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və yerli federasiyanın rəhbərliyi ilə müzakirələr aparmaq olub.
 
O, səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
 
Görüşlərin yekununa əsasən, dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.
 
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.









Redaktorun seçimi