Alpaqut Federasiyasının vitse prezidenti mükafata layiq görülüb

Hit: 564
Alpaqut Federasiyasının vitse prezidenti mükafata layiq görülüb
Alpaqut Federasiyasının vitse prezidenti, “Əsgərə Xatirə” layihəsinin rəhbəri, ictimai, vətənpərvər xadim Nuranə Şıxəliyeva mükafata layiq görülüb.
 
Faktor.az  xəbər verir ki, Nuranə Şıxəliyeva Vətənpərvərlik və Orduya mənəvi, psixoloji xidmətlərinə görə “Böyük Zəfər” xatirə medalı ilə təltif edilib.
 
Mükafat bu gün Müharibə Veteranı, AVMVİB Sədri Fizuli Rzaquliyev tərfindən Nuranə Şıxəliyevaya təqdim edilib.
 
Nuranə Şıxəliyevaya ona verilən dəyərə görə təşəkkür edib. Bildirib ki, “Əsgərə Xatirə” layihəsinin rəhbəri olaraq hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Bu yolda bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk.








Redaktorun seçimi