"Xocalı soyqırım şəhidlərinin xatirəsinə həsr olunmuş tennis turnir keçirilib

Hit: 534
"Xocalı soyqırım şəhidlərinin xatirəsinə həsr olunmuş tennis turnir keçirilib

Bu dəfədə Baş sponsoru “İydə parfüm”, sponsorları isə “Natural halı outlet" və “Scallezioni” kişi geyimləri brenləri olub.

Bu gün dövlət səviyyəsində gənclərə göstərilən diqqət, eyni zamanda idmana və idmançılarımıza yaradılan şərait, bu sahəyə verilən qiymət gələcək üçün müsbət stimul verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə verilən dəyər, həm onlarda, həm də idmançılarımızda əlavə ruh yüksəkliyi yaradır.
 
Artıq uzun müəddətdir BrendSport.az saytı tərəfdaş şirkətlərlə birlikdə bir neçə xeyirxah missiyalı layihələr həyata keçirir. Buna misal olaraq “İlhamlı Qələbələr” adlı uzun marafonlu festivalı, 44 günlük Vətən müharibəsində ordumuza, eyni zamanda maddi imkanı məhdud olan ailələrə göstərilən dəstəyi göstərmək olar. Ötən illərdə “İlhamlı Qələbələr” adlı festival çərçivəsində uzun bir yol qət etdik və bu tədbiri xeyirxah insanların köməkliyi ilə müvəffəqiyyətlə başa vudruq. (Bu il eyni adlı festival çərcivəsində bir çox layihələr planlaşdırırıq.) Ümidvarıq ki, bu silsilədən olan tədbirlərimiz bundan sonra da davam edəcək.
 
Bu il isə - “Heydər Əliyev İli”ndə qarşımıza müəyyən məqsədlər qoymuşuq. Bu xeyirxah missiyamızı da həyata keçirmək üçün xeyriyyəçi dostlarımızın bizim yanımızda olacaqlarına inanırıq.
 
Bu günlərdə BrendSport.az saytı hə zaman olduğu kimi tərəfdaş şirkətlərlə birlikdə "Xocalı" soyqırım şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis yarışı keçirib. Yarışın baş sponsoru "İydə" parfum, sponsorları isə "Natural halı Outlet" (Babək prospektində yerləşir) və “Scallezioni” İtaliya geyimləri (Azadlıq prospektində yerləşir) olmuşdur.
 
24 idmançının qatıldığı yarışın açılışında "Xocalı" soyqırım şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
Layihə rəhbəri Bəhruz Səmədov çıxışı zamanı 31 il öncə 26 fevral 1992-ci ildə mənfur düşmənlərimizin törətdiyi "Xocalı" faciəsindən söz açıb, eyni zamanda müstəqil Azərbaycanın apardığı haqlı mübarizəsindən və Qarabağ zəfərindən danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
 
Son illərdə isə dövlətimizin idman sahəsində uğurlarından və müasir Azərbaycaının qurucusu, Ulu Öndər Heydər Əliyev haqqında söz açıb.
 
Layihə rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən başladılan uğurlu siyasət bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
B.Səmədov bu il “Heydər Əliyev İli”nin dövlətimiz və millətimiz üçün həm idmanda, həm də dünya siyasətində ötən illərdən daha da uğuru il olacağına əminliyini ifadə edib.
 
Layihə rəhbəri onu da vurğulayıb ki, bu gün əldə olunan uğurlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Qazanılan bütün nailiyyətlərə görə, prezdent cənab İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
 
Açılış mərasimindən sonra püşkatma mərasimi keçirilib. Oyunlar olimpiya sistemi üzrə (uduzan oyunu tərk edir) sistemi ilə keçrilib.
 
Gərginliyi ilə yadda qalan turnirin sonunda qaliblər müəyyənləşib.
 
Oğlanlar arasında 1-ci yeri Səmədzadə Məhəmmədəli, 2-ci yeri Əliyev Hüseyn, 3-ci yerləri Kəlbiyev Hüseyn və Səmədzadə Hüseyn tutublar.
 
Qızlar arasında isə 1-ci yeri Doğan Rümeysa Yarən, 2-ci yeri Məryəm Heybətova, 3-cu yerləri isə Nuray Feyzullayev və Rübabə Əliyeva tutublar.
 
Tədbirin ən fəal idmançıları isə Əziz Baloğlanov, Əbülfəz Kəlbiyev, Nihat Baloğlanov, Əli İsmayılov və Sadiq Əlizadə olublar.
 
Turnirin qaliblərinə və fərqlənənlərə BrendSport.az saytı adından diplom və medallar, eyni zamanda baş sponsor "İydə Parfumda" və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
 
Sonda tədbirin layihə rəhbəri Bəhruz Səmədov bütün iştirakçılara sponsorlar tərəfindən ayrılan hədiyyələrini təqdim edib.
 
Tədbirə göstərdikləri dəstəyə görə isə media orqanlarına və nümayəndələrinə də dərin minnətdarlığımızı bildiririk.
 
Bir daha xatırladaq ki, tədbirin Baş sponsoru “İydə parfüm”, sponsorları isə “Natural halı outlet” və
“Scallezioni” kişi geyimləri brenləri olub.
 








Redaktorun seçimi