Dünya Alpaqut Federasiyasının hesabat konfransı keçirilib - FOTOLAR

Hit: 1055
Dünya Alpaqut Federasiyasının hesabat konfransı keçirilib - FOTOLAR
Dünya Alpaqut Federasiyasının 2022 ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirildi. Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində Federasiyanın İdarə Heyətinin üzvləri və eyni zamanda müşahidə şürasının üzvləri iştirak etdi.
 
Hesabat konfansını açılışını Dünya Alpaqut Federasiyasının prezidenti, Millət Vəkili Jalə Əhmədova edərək, Federasiyanın 2022 ci il xarici ölkələrdə keçirilən tədbirlərindən, Dünya Alpaqut Federasiyasının ICSSPE və TAFISA kimi tanınmış beynəlxalq idman təşkilatlarına üzvlüyündən və qarşıda duran tədbirlər planından söz açıb.
 
Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov 2023 cü il federasiyanın qarşısında ciddi hədəflərin olduğunu bildirdi. O, Dünya Alpaqut Federasiyasının güclənməsi üçün kadr islahatının həyata keçirilməsinin vacib olduğunu bildirdi.
İdarə Heyətinin üzvləri Fərid Əlizadə, Nuranə Şıxəliyeva, Rafiq Qasımov, Emil Rəhimov və Fərhad Əliyev, Eyni zamanda Müşahidə şurasının üzvləri  Eltən Qədimbəli, Samir Turan, Elnur Elturk, Orxan Vəliyev, Hakan Seyhan və Mircəlal Qurbanov mövzü ətrafında müzakirələrə qoşuldu. Dünya Alpaqut Federasiyasın daha da böyük əhatəyə malik olması üçün ciddi işlərin görülməsinin vacibliyi bildirildi.  Bunun üçün hər ayın sonu DAF İdarə Heyətinin və Müşahidə şurasının toplanması qərara alındı.
Sonda Dünya Alpaqut Federasiyasın prezidenti Jalə Əhmədova, İdarə Heyətinin qərarına əsasən yeni icra strukturunun tərkibini təsdiq etdi. Xatırladaq ki, Dünya Alpaqut Federasiyasının 30 avqust 2022 ci ildə keçirilən növbədənkənar seçki konfransının nəticəsi olaraq idarə heyəti tərəfindən seçilən aşağıda adları qeyd olunan yeni federasiya sturukturu tam formalaşmamışdı.
 
1. Federasiya prezidenti: Jalə Əhmədova
2. Birinci vitse prezident: Könül Nurullayeva - Azərbaycan
3. Beynəlxalq Əlaqələr üzrə vitse prezident: Emil Rəhimov - Azərbaycan
4. Peşəkar Liqa üzrə vitse prezident: Fərhad Əliyev -Azərbaycan
5. Baş Katib əvəzi:  Fərid Əlizadə
 
Federasiya İdarə Heyətinin üzvləri ilin sonuna qədər icra strukturunu tamamlayacağını bildirmişdi.
 
28 dekabr 2022 ci il keçirilən konfansda İdarə Heyətinin qərarı ilə federasiya prezidenti tərəfindən təsdiq edilən DAF ın icra strukturuna əlavə olunan yeni görəvlilər aşağıdakı kimidir:
 
6. İctimayyətlə əlqələr üzrə vitse prezident: Nuran Hüseynov - Azərbaycan
7. Texniki Direktor:  Barat Orucov - Azərbaycan
8. Hakimlər Kolleqiyasının sədri:  Ali Gurbani - İran
9.Qitə üzrə rəsmi kordinatorlar:
- Avropa üzrə  Vittorio Giorgi - İtaliya,
- Asiya üzrə Jasulan Tomanov - Qazaxstan
- Afrika üzrə Abdelghaffar Abdelbari - Misir
10. Ərəb ölkələri üzrə kordinator - Hüseyn Faris - Quzey Kıprız
11. Ayça döyüş sistemi üzrə kordinator : Marina Beylyaeva - Russia
12. Batur döyüş sistemi üzrə kordinator :  Nizami Ağayev - Azərbaycan
13.  Caymaz döyüş sistemi üzrə kordinator: Faiq Mammadov - Gürcüstan
14.  Qurşaq döyüş sistemi üzrə kordinator :  Chaitanya Janardan - Hindistan
15.  Kaçut döyüş sistemi üzrə kordinator: Bülent Büyük  -  Türkiyə
16.  Nizam intizam Komitəsi sədri:  Betül Altıntaş  - Türkiyə
17.  Nəzarət Təftiş Komitəsinin rəhbəri:  Rafiq Qasımov - Azərbaycan
 
Qeyd edək ki, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri növbəti konfransını 2023 cü ilin yanvar ayında yeni təqvim ilində görüləcək işlərə həsr edilməsi ilə bağlı qərar aldı.
1
1
1
1
1








Redaktorun seçimi