Azərbaycanda MMA və kikboksinq gecəsi keçiriləcək

Hit: 1327
Azərbaycanda MMA və kikboksinq gecəsi keçiriləcək
24 dekabr 2022-ci il tarixdə Azərbaycan Boks Federasiyasının Arenasında “Zabit Samedov Fight Club” MMC tərəfindən Azərbaycanda ilk də New Generation Fighting (Yeni Nəsil Doyüşü) peşəkar MMA və kikboksinq gecəsi keçiriləcəkdir.
 
Tədbirin təntənəli açılış mərasimi saat 18:00-da təşkil ediləcəkdir. Tamaşaçı qismində peşəkar döyüşləri izləmək istəyən hərkəs məkana dəvətlidir (Arenaya giriş sərbəstdir). 
 
Görüşlərin proqramı:
1. Şair Sultanov vs. Vahid Ələkbərov (MMA)
2. Məhəbbət Hümbətov vs. Taleh Əliyev (Kikboksinq)
3. Edvin Abbasov vs. Elxan Həsənov (MMA)
4. Fərhad Mahmudov vs. Fərid Mirzabekov (MMA)
5. Fuad Haşımi vs. Murad Quliyev (MMA)
6. Tural Üseynov vs. Kamil Əzizov (MMA)
7. Cabbar Mustafayev vs. Osman Bədal (Kikboksinq) 
8. Elşən Yusubov vs. İlham İsrafilov (MMA)
9. Turan Əhmədov vs. Mürvət Rüstəmov (MMA)
10. Ruslan Nağıyev vs. Mavlon Kakxorov (Kikboksinq)
 
Qeyd: Arenada mətbuat nümayəndəsi kimi qeydiyyatdan keçmək istəyən hər kəs aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlaya bilər.
 
+994503599498 (WhatsApp) Pərvin Mehdiyev
 








Redaktorun seçimi