Dünya Alpaqut Federasiyası TAFİSA üzvülüyünə qəbul edildi

Hit: 886
Dünya Alpaqut Federasiyası TAFİSA üzvülüyünə qəbul edildi
7 dekabr 2022-ci il tarixində keçirilən son iclasında TAFISA ( The Association For International Sport for All ) Direktorlar Şurası tərəfindən Dünya Alpaqut Federasiyası TAFİSA üzvlüyünə qəbul edilmişdir. Hamı üçün Beynəlxalq İdman Assosiasiyası (TAFISA) bütün dünyada insanların sağlamlığı, sevinci, sosial qarşılıqlı əlaqəsi, inklüzivliyi və əlaqəsi naminə fiziki fəaliyyətin təşviqinə həsr olunmuş beynəlxalq təşkilatdır.
 
Dünya Alpaqut Federasiyasından Faktor.az-a verilən məlumata görə, TAFİSA -ın 200-dən çox üzvü və 130 iştirakçı ölkəsi ilə qlobal kütləvi idman hərəkatının aparıcı təşkilatıdır. 1991-ci ildə əsası qoyulmuş, 2005-ci ildə Frankfurt Main şəhərində peşəkar ofisini açmışdı . Təşkilat daha yaxşı dünya yaratmaq missiyasında BMT, ÜST, YUNESKO, BOK, ICSSPE və digərləri də daxil olmaqla digər qlobal dəyişikliyi yaradan dövlətlərlə fəal əməkdaşlıq edir.
 
Dünya Alpaqut Federasiyası AZE SP 001 qeydiyyat nömrəsi iə TAFİSA da Azərbaycandan üzvlüyə alınan ilk beynəlxalq idman təşkilatdır.
Dünya Alpaqut Federasiyası bundan öncə 17.05.2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE – International Council of Sport Science and Physical Education) tərəfindən rəsmən üzvlüyə qəbul edilmişdir.
 
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. Federasiyanın 50 dən çox ölkə üzrə rəsmi nümayəndəlikləri, klub, assosiasiya və federasiyaları var.
 
30 avqust 2022 ci il, keçirilən qurultayda Millət vəkili Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının prezidenti, Millət vəkili Könül Nurullayeva isə Dünya Alpaqut Federasiyasının birinci vitse – prezidenti seçilmişdir
 
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən qurulmuşdur, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Exspertiza şurası, Dövlət Patent komitəsi və Müəllif hüquqları üzrə dövlət aqentliyi tərəfindən rəsmi sənədlərə malikdir.








Redaktorun seçimi