Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Hit: 576
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya çempionatının 21-ci turu olan Braziliya Qran Prisinin qalibi olub.

Faktor.az xəbər verir ki, yarış bazar günü “İnterlaqos” avtodromunda keçirilib.
 
Rassel üçün bu qələbə mövsümün ilki olub. “Mercedes” komandasında çıxış edən britaniyalı Lüis Hemilton ikinci, “Ferrari”dən ispan Karlos Sayns üçüncü olub.
 
“Red Bull” komandası 10 yarışda ilk dəfə cari mövsümün dünya çempionatını qazana bilməyib. Sonuncu dəfə başqa komandanın pilotu iyulun 10-da Avstriyada keçirilən Qran Prinin qalibi olub.








Redaktorun seçimi