Alpaqut üzrə VII – Azərbaycan çempionatı başa çatdı - FOTOLAR

Hit: 1471
Alpaqut üzrə VII – Azərbaycan çempionatı başa çatdı - FOTOLAR
Noyabrın 6-da Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı keçirildi. 
 
Çempionatın rəsmi açılış mərasimində fəxri qonaqlar sırasında Milli Məclisin deputatı, Dünya Alpagut federasiyasının prezidenti Jalə Əhmədova,  Milli Məclisin deputatı, Dünya Alpaqut Federasiyanın birinci vitse-prezidenti Könül Nurullayeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin müdiri Raqif Abbasov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə, Dünya Alpaqut Federasiyası İdarə heyyənin üzvləri Emil Rəhimov, Fərhad Əliyev, Azərbaycan Nümayəndəliyinin rəhbərliyi Qüdrət Nuriyev, Hacı Nuran Hüseynov, Nuranə Şıxəliyeva və ölkədə fəaliyyət göstərən federasiya və idman təşkilatlarının rəsmiləri, qazilər, media nümayəndələri iştirak edib.
Abşeron Olimpiya İdman kompleksində baş tutan çempionatda respublikanın 40-a yaxın filialından 300-ə yaxın idmançı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut döyüş sistemləri üzrə yarışaraq öz güclərini sınadılar. 
 
Komandaların nəticələrini aşağıda diqqətinizə təqdim edirik.
Ayça sistemi üzrə:
1-ci yer Sabunçu 
2-ci yer Suraxanı
3-cü yer Ağdam 
 
Batur sistemi üzrə:
1-ci yer Xaçmaz
2-ci yer Laçın
3-cü yer Zərdab
 
Çaymaz sistemi üzrə
1-ci yer Ali Döyüş klubu 
2-ci yer Sabunçu
3-cü yer Zəngilan
 
Qurşaq sistemi üzrə
1-ci yer Laçın
2-ci yer Şəmkir
3-cü yer Şabran
 
Kaçut sistemi üzrə
1-ci yer Suraxanı
2-ci yer Ağdam
3-cü yer Şəki
 
Tədbir zamanı, həmçinin Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin müdiri Raqif Abbasovu Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçildi. Dünya Alpagut Federasiyasının rəhbərliyi Ragif müəllimə üzvlük sertifikatını təqdim etdi. 
 
Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Jalə Əhmədova və Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Könül Nurullayeva Azərbaycan Gənclər və İdman Nazirliyinə və Azərbaycan Milli İdman Növləri Assosiasiyasına çempionatın keçirilməsində göstərdikləri dəstəyə görə dərin təşəkkürlərini bildirdi. 
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi