Mədət Quliyev 7-ci dan dərəcəsi ilə təltif olunub

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev karatenin inkişafında xüsusi xidmətlərinə görə 7-ci dan dərəcəsi ilə təltif olunub.
M.Quliyevə təqdim edilən 7-ci dan dərəcəsi Ümumdünya Karate Federasiyasında qeydiyyata alınıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bununla bağlı fəxri dan dərəcəsinin tanınmasına dair sertifikat imzalayıb.


