Alpaqut üzrə VII Azərbaycan çempionatı keçiriləcək

Hit: 725
Alpaqut üzrə VII Azərbaycan çempionatı keçiriləcək
5-6 noyabr tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə VII Azərbaycan çempionatı keçiriləcək.
 
Bu barədə Faktor.az-a Azərbaycan Alpaqut Federasiyasından məlumat verilib.
 
Qeyd edək ki, alpaqut müqəddəs döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

 









Redaktorun seçimi