“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edildi

Hit: 938
“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edildi
Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.
 
Faktor.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
 
Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.
 
Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi "Neftçi" və Naxçıvanın "Araz" klublarında çıxış edib.







Redaktorun seçimi