Alpaqutun ölkəmizdə inkişafı ilə bağlı müzakirələr aparılıb

Hit: 1006
Alpaqutun ölkəmizdə inkişafı ilə bağlı müzakirələr aparılıb
Bu gün “Luxen Plaza”da Dünya Alpaqut Federasiyası (DAF) və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) rəhbərləri arasında görüş keçirilib.
 
Alpaqut milli idman növünün inkişafı məqsədi ilə təşkil edilən görüşdə Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Jalə Əhmədova, DAF-ın İdarə Heyətinin sədri Vasif Namazov, DAF-ın vitse-prezidenti Emil Rəhimov, Azərbaycan Alpaqut Mərkəzinin vitse-prezidenti Rafiq Qasımov, Azərbaycan Milli İdman Növləri Assosiasiyanın prezidenti Kazım Qurbanov, AMİNA-nın vitse-prezidenti Samir Abdullayev və baş katib Seymur Qurbanov iştirak edib.
 
Görüş zamanı Alpaqut milli idman növünün ölkəmizdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə daha məqsədəuyğun və səmərəli işlərin görüləcəyi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
 
Millət vəkili Jalə Əhmədova, ölkəmizdə milli idman növlərinin inkişafına dəstək verməyin vacibliyini vurğulayıb və  bunu özünə mənəvi borc olaraq qəbul etdiyini dilə gətirib.
 
Alpaqut idman növünün AMİNA-ya üzv olmasından məmnunluğunu ifadə edən  AMİNA-nın prezidenti Kazım Qurbanov, bu istiqamətdə lazım olan dəstəyi verəcəyini bildirib və millət vəkili Jalə Əhmədovaya milli idman növlərinin inkişafına dəstək verilməsi üçün göstərdiyi diqqətə görə təşəkkürünü ifadə edib.







Redaktorun seçimi