“Qarabağ”la “Liv Bona Dea Hospital” arasında müqavilə imzalandı

Hit: 471
“Qarabağ”la “Liv Bona Dea Hospital” arasında müqavilə imzalandı
“Qarabağ” klubu ilə “Liv Bona Dea Hospital” arasında müqavilə imzalanıb.  Faktor.az xəbər verir ki, tədbir “Liv Bona Dea Hospital”ın konfrans zalında keçirilib. Müqaviləyə “Qarabağ”ın direktoru Emrah Çelikel və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbək imza atıb. Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.  Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.







Redaktorun seçimi