Çempionlar Liqasında pley-off mərhələsinə start verildi

Hit: 1130
Çempionlar Liqasında pley-off mərhələsinə start verildi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
 
Faktor.az xəbər verir ki, oyunun ilk günündə 3 qarşılaşma keçirilib.
 
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Trabzonspor" "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib (2:2).
 
Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.
 
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu bu gün baş tutacaq. UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. 








Redaktorun seçimi