Neftçalada rayon birinciliyi keçirilib - FOTOLAR

Hit: 1553
Neftçalada rayon birinciliyi keçirilib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinin final mərhələsi və qalib komandaların mükafatlandırma mərasimi keçirilib.
 
Birinciliyin keçirilməsində məqsəd futbol idman növü üzrə rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ən güclü futbol komandasını müəyyən etmək, Respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək futbol komandasının komplektləşdirilməsi üçün prespektivli idmançıları aşkar etmək və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikasının 05 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq “Şuşa ili” çərçivəsində rayonda Şuşanın tarixi və mədəni irsinin daha geniş təbliği ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin tədbirlər planının icrasından  ibarət olub.
Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, təşkilatçı qurum rəhbəri Araz Əhmədov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Final oyunundan öncə Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səslənib.
 
Neftçala şəhər, Həsənabad və Xıllı qəsəbə, Kürkənd, Aşağı Qaramanlı, Aşağı Surra, Boyat, Cəngən, Xolqarabucaq, Xəzərkənd, Xolqaraqaşlı kənd inzibati ərazi dairələri üzrə 11 nümayəndəliyin qatıldığı və  23 iyun 2022-ci il tarixdən start götürən futbol turnirində 13 gün ərzində SOCAR Sosial İnkişaf İdarəsinin N.Nərimanov adına Neftçala şəhər stadionunda 25 qrup oyunu, yarımfinal və final oyunları keçirilib.
 
Final mərhələsində birincilik uğrunda Neftçala şəhər və Boyat kənd İƏDN-lərinin komandaları qarşılaşıb, əsas vaxt 0:0 hesabı ilə nəticələndiyi üçün əlavə vaxtla Neftçala komandası 1:0 hesabı ilə I yerin, Boyat komandası isə II yerin qalib olub.
III yer uğrunda mübarizədə Aşağı Qaramanlı kənd və Xıllı qəsəbə İƏDN-ləri qarşılaşıb və 2:1 hesabı ilə Aşağı Qaramanlı komandası qalib gələrək III yerə layiq görülüb.
Qalib komandaların bütün üzvləri müvafiq olaraq medallarla, komanda kapitanları və fərqlənən futbolçular diplomla, Neftçala komandası isə eyni zamanda kubokla təltif edilib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi