PSJ yeni baş məşqçisini açıqladı

Hit: 996
PSJ yeni baş məşqçisini açıqladı
Maurisio Poçettinonu istefaya göndərən PSJ yeni baş məşqçisini açıqlayıb. 
 
Faktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanı Kristof Qaltye çalışdıracaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Daha əvvəl tərəflərin 2+1 illik sözləşməyə qol çəkəcəyi bildirilirdi. 
 
Qeyd edək ki, Qaltye daha əvvəl Fransada "Sent-Etyen" və "Lill", "Nitsa" kimi komandaları çalışdırıb. Fransalı mütəxəssisin son klubu məhz "Nitsa" olub. O, bu il klubdan ayrılıb.
 
Xatırladaq ki, PSJ Poçettinonu 2 saat əvvəl istefaya göndərib. Argentinalı çalışdırıcı 2021-ci ilin yanvarından bu vəzifəni icra edirdi.








Redaktorun seçimi