Neftçalada ulu öndərin xatirəsinə həsr olunan mini futbol turniri keçirilib - FOTOLAR

Hit: 1292
Neftçalada ulu öndərin xatirəsinə həsr olunan mini futbol turniri keçirilib - FOTOLAR
Neftçala RİH-nin və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan  rayonun idarə, müəssisə və təşkilatları arasında mini futbol üzrə turnirinin final mərhələsi keçirilib.
 
Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək, idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Turnirdə 14 komanda iştirak edib. Final mərhələsində YAP-nın Neftçala rayon təşkilatı və Neftçala MKTİB komandaları qarşılaşıb, oyun YAP-nın Neftçala rayon təşkilatının qələbəsi ilə yekunlaşıb.
 
Qalib komandalar diplom və medallarla təltif ediliblər.

FAKTOR.AZ
1
1
1
1
1








Redaktorun seçimi