Turanə Qasımova yüksək vəzifəyə təyin edildi

Hit: 2129
Turanə Qasımova yüksək vəzifəyə təyin edildi
"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib.
 
Faktı Faktor.az-a təsdiq edən Turanə Qasımova bildirib ki, artıq fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.
 
Qeyd edək ki, T.Qasımova 2014-cü ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin informasiya təminatı şöbəsinin baş məsləhətçisi kimi çalışıb. 2018-ci ildən isə "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.








Redaktorun seçimi