Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

Hit: 732
Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb
Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi-Əmircan kənd sakini Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.
 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.








Redaktorun seçimi