Rövşən Abdullaoğlunun Antarktida səfəri başa çatıb

Hit: 1203
Rövşən Abdullaoğlunun Antarktida səfəri başa çatıb
 Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Antarktida səfəri başa çatıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Rövşən Abdullaoğlu özü məlumat verib.
 
"Salam, dostlar. Antarktida səfərimiz başa çatdı, artıq Vətənə dönürük.
 
Bu, əlbəttə, səfərlə bağlı paylaşımların bitməsi deyil. Əksinə, ən maraqlı materiallar, çəkilişlər hələ qalır. Sosial mediada, bloqumda vaxt olduqca gördüklərimi, öyrəndiklərimi sizinlə bölüşəcəyəm. Çox maraqlı müsahibələr olacaq. Səfər müddətində hamınızın səmimi dəstəyini hiss edirdim. Hamınıza təşəkkür edirəm.
 
Dreyk boğazını necə keçdiyimiz, yəqin ki, hamınıza maraqlıdır. Bu dəfə dərmanları vaxtında içdiyimdən özümü çox yaxşı hiss edirdim, hətta o həngamədə göyərtəyə çıxıb bayrağımızla şəkil də çəkdirdim. Bütün səfər yoldaşlarımız bizdən xoş təəssüratlarla ayrıldılar".








Redaktorun seçimi