"Effektiv ünsiyyət bacarıqları" adlı təlim keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Gənclərin Virtual İdarəetmə və İnkişaf Mərkəzi (GVİİM) ASAN Xidmətdə "Effektiv ünsiyyət bacarıqları" adlı təlim keçirib.
Təlimdə AzTU GVİİM-in sədr müavini Kamran Məmmədov, sədr müşaviri Ayxan Allahverdiyev həmçinin 3 saylı ASAN Xidmətin könüllüləri, ANC Group-un Təlim-Tədris üzrə bölmə rəhbəri, təlimçi Vüsal Sultan iştirak ediblər.
Təlimçi Vüsal Sultan bildirib ki, effektiv ünsiyyət bacarıqları uğur əldə etmək üçün vacib səriştələrdən biridir. Müsbət rabitə dairəsini yaratmaq karyerada inkişaf və iş tapmaq imkanlarını artırır. Daha sonra o, ünsiyyətin formalarından və vasitələrindən söz açıb.


