İlham Rəhimov Smolnı İnstitutunun fəxri professoru seçilib - FOTOLAR

Hit: 501
İlham Rəhimov Smolnı İnstitutunun fəxri professoru seçilib - FOTOLAR

İlham Rəhimov Smolnı İnstitutunun fəxri professoru seçilib

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, profesor İlham Rəhimov Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun fəxri professoru adına layiq görülüb. Bir neçə gün öncə, Sankt-Peterburqda  keçirilən təntənəli mərasimdə professor İ.Rəhimova institutun diplom və vəsiqəsi təqdim olunub.

Qeyd edək ki, nüfuzlu Smolnı İnstitutu çevik təşkilati təhsil sistemi olan çoxprofilli ali məktəb kimi yaradılıb. İnstitut 10 istiqamət üzrə diplomlu mütəxəssislər, bakalavrlar və informasiya sistemləri magistrlərinin hazırlanmasını həyata keçirir. İnstitutda 57 doktor və elmlər namizədi işləyir.

Səid Əhmədli

 

1
1
1








Redaktorun seçimi