"Bozbaş Pictures"in filmi jest dilində təqdim olundu - VİDEO - FOTOLAR

Hit: 675
"Bozbaş Pictures"in filmi jest dilində təqdim olundu - VİDEO - FOTOLAR
Bu gün Nizami Kino Mərkəzində Gülüş Gününə özəl Araxçın MMC/Silent Communication komandasının növbəti film təqdimatı krçirilib.
 
Tədbirin aparıcısı Araxçın MMC/Silent Communication komandasının koordinatoru, təlimçi və jest dili tərcüməçisi Könül Quliyeva hər kəsi salamlayaraq səhnəyə danışıqları tərcümə etmək üçün ilk öncə Araxçın MMC/Silent Communication komandasının rəhbəri, təlimçi və jest dili tərcüməçisi Şamil Sabirzadəni dəvət edərək komanda haqqında və gördükləri işlər haqqında məlumat verdi. Sonra Araxçın MMC-nin rəhbəri Fatimə Süleymanova və bütün komanda heyəti öz ürək sözləri ilə gələn qonaqları salamladılar.
 
Təqdimatda Bozbaş Pictures in bütün aktyor heyəti, aktyor Elməddin Cəfərov, Combat Jiu-Jitsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalov, jurnalistlər və media nümayəndələri iştirak edirdilər.
 
Combat Jiu-Jitsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalov da söz alaraq hər kəsi salamladı və fikirləri ilə bölüşdü.
 
Sonra isə səhnəyə Bozbash Pictures in bütün aktyor heyəti dəvət olundu və İlkin Həsənli hər kəsə xoş istirahətlər arzuladı.
 
Təbii ki, Karlara Dəstək İctimai Birliyinin Prezidenti Kamran Abbasova söz verildi o da öz təəssuratını bölüşdü. 
 
Sonra isə Könül Quliyeva təqdimat üçün yaratdığı şəraitə görə Mədəniyyət Naziri Əbülfəz Qarayevə, Səbael rayon icra başçısı Vüqar Zaynalova, Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin rəisi Zakir Sultanova, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevaya təşəkkür etdi.
 
Qeyd edək ki, bu Araxçın MMC Silent Communicatian  komandasının ərsəyə gətirdiyi ilk layihə deyil. Belə ki, Fatimə Süleymanova, Şamil Sabirzadə, Könül Quliyeva, Ayxan Allahverdiyev, Aygül Hüseynova indiyə kimi bir çox sosial layihələr həyata keçirmişdir.
 
1
1
1
1
1
1








Redaktorun seçimi