Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstana gəlib

Hit: 473
Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstana gəlib
Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib.
 
Faktor.az Trend-ə istinadən məlumatına görə, İsveçrənin “Stadler” şirkətinin qatarı bir neçə gün əvvəl İstanbula gəlib və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu üzrə yollanıb.
 
“Azərbaycan Dəmir Yolları”na məxsus qatar test rejimdə xəttə buraxılıb.
 
Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.
 
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.








Redaktorun seçimi