Nə baş verir: "Azercell" sabahdan qiymətləri iki dəfə bahalaşdırır

Hit: 1747
Nə baş verir: "Azercell" sabahdan qiymətləri iki dəfə bahalaşdırır

Bu barədə şirkətin yaydığı elanda bildirilir

"Azercell Telecom" MMC yanvarın 12-dən etibarən fakturalı və fakturasız (Sim-Sim) abunəçilər üçün SMS tariflərini 2 dəfə artırır. Fakor.az xəbər verir ki, bu barədə şirkətin yaydığı elanda bildirilir.

Mobil telefona baxan qadın
 

Qeyd olunur ki, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan "Azercellim", "Bizimkilər", "Hər yerə", "Gənc Sim", "Bölgə" və "Tələbə birliyi" tarifləri çərçivəsində hər SMS-in qiyməti 67 faiz artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan "Hər yerə", "Ailə tarif", "Dövlətcell", "SOCAR" və "Mediacell" tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib.

Bundan əlavə, yanvarın 23-dən etibarən "Sim kredit"də də dəyişiklik olacaq. Belə ki, "Sim kredit" üçün göndərilən sorğuya görə abonentin hesabından 5 qəpik çıxılacaq.

Abonentlər 1, 2, 3 manat məbləğində "Sim kredit" götürə biləcəklər. Abonent həmin 5 qəpik çıxıldıqdan sonra, götürdüyü 1 manata görə 1 manat 20 qəpik, 2 manata görə 2 manat 40 qəpik, 3 manata görə 60 qəpik ödəməli olacaq.

Qeyd edək ki, "Sim kredit" sorğusu əvvəllər pulsuz idi.

Xatırladaq ki, "Azercell Telecom" bu ilin əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.

 









Redaktorun seçimi