*9111 taksi şirkətinin sürücüsü tanınmış jurnalistə: “Səni tapıb öldürəcəyəm”

*9111 taksi xidmətinin sürücüsü tanınmış teleaparıcı Elçin Əlibəylini tapıb öldürəcəyi ilə hədələyib.
Bu barədə Elçin Əlibəyli özü məlumat verib. Aparıcı sürücünün hərəkətlərilə bağlı həm *9111 taksi xidmətinə, həm də 102 Qaynar xəttinə məlumat verdiyini, amma hələlik nəticəsi barədə məlumat olmadığını bildirib.
Hadisəyə səbəb isə sürücünün yolboyu telefonla danışması, yol hərəkəti qaydalarını pozması olub.


