AZAL internet səhifəsində bilet satışını dayandırdı

Hit: 490
AZAL internet səhifəsində bilet satışını dayandırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayandırıb.

Faktor.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.

Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: "Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür".

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.









Redaktorun seçimi