Qaranlıq dünyanı idarə edən azərbaycanlı lotular - VİDEO

Rusiya DİN-i ən fəal "qanuni oğrular"ın siyahısını hazırlayıb. Onlar 432 nəfərdir. Onlardan 318 nəfəri hazırda azadlıqdadır, 114-ü həbsxanada. 31 "qanuni oğru" istintaq altında, 19-u isə axtarışdadır. Həmişə olduğu kimi, kriminal avtoritetlər arasında ilk yeri gürcülər (242) tutur. Sonrakı yerləri ruslar (51), ermənilər (30), yezdilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) bölüşür.
Faktor.az hazırda sağ olan azərbaycanlı "qanuni oğrular"ın siyahısını hazırlayıb:
1. Nadir Səlifov (Lotu Quli)

O, 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. Daha çox Lotu Quli adı ilə tanınan Nadir Səlifov 2005-ci ildə Bakı məhkəməsi tərəfindən daha 15 il müddətinə azadlıqdan mərhum edilib. Oğru dünyasında ən nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan Səlifov Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamadan həbsxanada omasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.
2. Rafiq Masallinski

Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı rayonu Qarabağ küçəsində anadan olub. Onun milliyətçə talış olduğu qeyd edilib. O gənc yaşlarında müxtəlif cinayətlər görə saxlanılıb. Lakin bu cinayətlər barəsində ətraflı məlumatlar yoxdur. Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. Rafiq Masallinski 2013-cü il fevral ayında keçirilən "sxodka" zamanı "qanuni oğru" adına yiyələnib. Rafiq Eyvazov həmin "sxodka"da Əlibaba Həmidov (Qoca Bakınski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Vaqif Diplomat), yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxşı Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən "tac"landırılıb.
2013-cü ilin martın 27-də Rafiq Eyvazov Bakıda həbs edilir. Onun üzərindən "Makarov" tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini qeyd edib. Rafiq eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada "opşak"a baxan Ramin Əliyev (Dobri Ramin və Kriti Ramin)lə dostluq edib. Bunu əks etdirən fotolar da var. "Dobri Ramin" isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında "böyük qardaş" kimi tanınıb. ("Dobri Ramin" də dünyasını dəyişib).
Həmin dövrlərdə Eyvazovun "Lotu Quli" ilə münasibətləri pisləşməyə başlayıb.
Məhz Nadir Səlifov tərəfindən onun oğru adı əlindən alınıb. Lakin bu, uzun çəkməyib, Eyvazovun oğru adı bərpa edilib.
Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Lakin tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib.
3. Hacı Beyləqanski

1982-ci il martın 29-da Beyləqanda anadan olmuş Hacıbaba Talıbxanlı 2000-ci illərin əvvəllərində Moskvaya gedib. Gənc olmasına baxmayaraq, tezliklə ən nüfuzlu “qanuni oğru”ların diqqətini özünə çəkə bilib. Elə Moskvada da “Rövşən Lənkəranski” ilə tanış olub.
Bu, o ərəfələr idi ki, “Lənkəranski” özü “qanuni oğru” adını yenicə almışdı. Rövşənlə qarşılıqlı dostluq münasibətləri onu sonradan təkcə MDB məkanında deyil, digər Avropa ölkələrində də söz sahibinə çevrilmiş “Lənkəranski” klanına bağladı. Onun adı mediada çox hallanmırdı, amma o, həmişə “Lənkəranski”nin yanında, yaxınında ən yaxın adamı olub. Belə məlumatlar da var ki, “Lənkəranski” doğurdan da ona təkcə sirlərini deyil, həm də dost kimi kürəyini etibar edirmiş.
“Qanuni oğru”lar arasında savaş qızışanda “Lənkəranski” Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçür və “Hacı Beyləqanski” də onunla bərabər bu ölkəyə gedir. Ona “qanuni oğru” adı da Dubayda verilib. İndiki dövrün ən taınmış “qanuni oğru”ları 2012-ci ilin dekabrında onu “taclandırıblar”. Onu “taclandıranlar” arasında “Rövşən Lənkəranski” ilə yanaşı Tariyel Oniani (“Taro”), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar olub.
İstanbuldakı məlum sui-qəsdən sonra “Hacı Beyləqanski” “izini itirdi” və onun indi harada olması haqda mediada dəqiq bilgi yoxdur. Amma son günlər onun adının mənfi planda hallandırılması yeni də “Hacı Beyləqanski” yə diqqəti artırıb. İddia olunur ki, onun “qanuni oğru” adı kriminalların jarqonu ilə ifadə etsək, kimlərsə tərəfindən “tormozlandırılıb”. Burada əsas fiqur kimi “qanuni oğru” Valter Caçeyanın adı hallanır. Səbəb? Bunla bağlı isə yazılan iddialarda heç bir səbəb göstərilmir, həmin “qərarın” niyə verildiyi əsaslandırılmır. Əsaslandırma isə kriminal aləmdə ən vacib məsələdir. Həm “qanuni oğru” adı verildikdə, həm bu ad “geri alındıqda” əsaslandırma mütləqdir.
Məlumata görə, əslində Valter özü, onun bacısı oğlu Tengiz Kursaqiya və yeznəsi Dato Sva(onlar da “qanuni oğru”lardı) “Hacı Beyləqanski”nin yaxın dostlarıdır və onu dəstəkləyirlər. “Şakro” və “Tyurik” kimi tanın çox nüfuzlu “qanuni oğru” Vladimir Tyurinin də “Hacı Beyləqanski” ilə yaxşı münasibətləri var, ona dəstək verirlər.
Xatırladaq ki, 2012-ci ildə “Ded”in adamları “Lənkəranski”nin titulunun əlindən alınmasına cəhd etmişdilər. Qərar qiyabi qəbul edilmişdi, amma heç bir qüvvəyə malik deyildi. Çünki “qanuni oğru”nun özü olmadan onun titulu barədə hər hansı bir qərar qəbul etmək düzgün deyil.
4. Zaur Şipilov

Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov azərbaycanlılar içində çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. 21 yaşlı Zaur isə həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilir. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb. Zaur xırda cinayətlərdə iştirak edib. Lakin həmin dövrdə həbs olunub, hər hansı türmədə cəza çəkməsi ilə bağlı məlumat yoxdur. Adətən Rövşənin killerləri kimi tanınan Hacı Beylaqanski və Rufo Gəncinki ilə bir yerdə olub. Rusiya mətbuatında Zaur Şipilov Rövşən Lənkəranskinin “xaç oğlu” adlandırılıb. Məhz Rövşənin təşəbbüsü ilə ona 2013-cü ildə Türkiyədə keçirilən sxodkada “qanuni oğru” titulu verilib. 27 yaşında qanuni oğru olan Zaur Şipilov “Zaur Naxçıvanski” kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu oğru kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan “Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.
Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən “Matroskaya Tişina” həbsxanasına gətirilir. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxır. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilir. Onu “Matroskaya Tişina” cəzaçəkmə müəssisindən Samara vilayətində olan həbsxanaya etap edilib. Həmin türmədə o, tanınmış qanuni oğru Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.
Zuar Şipilov 2017-ci ilin iyun ayında cəza çəkdiyi müəssisədən yenidən Verxneuralsk vilayətinə etap edilib.
Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatır. O, azərbaycanlılar içində ən gənc qanuni oğrulardan biridir.
5. Yunus Yasamalski

Yunus Nəzər oğlu Canəhmədov 1961-ci il yanvarın 23-də Bakıda anadan olub. 1984-cü ildə vətənində “qanuni oğru” adını alıb. 2003-cü ildə mayında Nijni Novqorod şəhərində saxlanılıb və Azərbaycana deportasiya olunub. 2006-cı il sentyabrın 24-də Bakıda 10 qram heroinlə saxlanılıb. Sonuncu dəfə Yunus Yasamalskinin adil kriminal xronikada 2015-ci ilin iyununda hallanıb. Həmin vaxt o, Moskvada tutularaq təyyarə reysi ilə Bakıya deportasiya olunub.
6. Albert Rıjiy (Kürən)

Əli Müsaib oğlu Heydərov 1981-ci il fevralın 2-də Gəncədə doğulub. 2000, 2002 və 2008-ci illərdə Arxanqelskdə həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Kriminal aləmdə daha çox Albert Rıjiy adı ilə tanınan Əli Heydərov 2012-ci il sentyabrın 22-də Sankt-Peterburqda gürcü və erməni avtoritetlərinin iştirakı ilə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb.
2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə, həmin ilin iyulunda isə Sankt-Peterburqun Veteranov prospektində saxlanılıb. Hazırda istintaq nəzarəti altındadır.
7. Namiq Səlifov
Namiq Nəriman oğlu Səlifov 1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan azadlığa çıxıb. 2013-cü il avqustun 14-də İstanbulda keçirilən “sxodka”da “qanuni oğru”adını alıb.
Hazırda azadlıqdadır.
8. Arif Sumqayitski

Arif Nürəddin oğlu Mehdiyev 1961-ci il fevralın 25-də Göyçayda anadan olub. 1989-cu ildə 27 yaşında “oğru” adını alıb. 1996-cı ildə Bakıda, 2012-ci ildə Moskvada və 2013-cü ildə Ukraynada müxtəlif səbəblərə görə saxlanılıb. Hazırda azadlıqdadır.
9. Vaqif Diplomat

Vaqif Mədət oğlu Süleymanov 1965-ci il avqustun 15-də Tbilisidə anadan olub. 2001-ci ildə Moskvada Seymur Nardaranski, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Mamed Masallinski və Qoca Bakinskinin iştirakı ilə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Qeyd edək ki, Diplomat Vaqif digər “qanuni oğru” Rafiq Eyvazovla (Masallı Rafiq) yaxınlığı ilə seçilir.
2007 və 2011-ci illərdə Moskvada narkotik vasitələrin istifadəsinə görə saxlanılıb. 2013-cü ildən azadlıqdadır.
10. İlqar Əliyev
İlqar İbrahim oğlu Əliyev 1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan “sxodka”da gürcü avtoritetləri tərəfindən “qanuni oğru” adını alıb. 2014-cü il aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
2018-ci ilin aprelində azadlığa çıxacaq.
11. Yusif Şamxorski
Yusif Nürəddin oğlu Əliyev 1971-ci ildə iyunu 18-də Şəmkirdə anadan olub. 2008-ci il noyabrın 6-da Moskvanın “Zolotoy Slon” restoranında “qanuni oğru” adını alıb. 44 yaşlı Şamxorski hazırda axtarışdadır.
12. Tolik Noqinski

Tahel Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Bundan başqa, həmin ilin sentyabrında Bakıda, oktyabrda isə Minskdə profilaktika tədbirlər çərçivəsində polislər tərəfindən yoxlanılıb.
13. Dato Ağcabədinski

Cavid İltizam oğlu Məmmədov 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-2009-cu illərdə Rusiyada həbs həyatı yaşayıb. 2013-cü il iyunu 27-də Yunanıstanda keçirilən “sxodka”da “qanuni oğru” adını qazanıb.
Hazırda azadlıqdadır.
14. Rəşad Gəncinski

1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın 11-də Moskva vilayətində keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda azadlıqdadır.
15. Ceyhun Gəncinski

1975-ci il dekabrın 9-da Gəncədə andan olub. 2014-cü il avqustun 28-də Antalyada keçirilən “sxodka”da Rafət Əlibayramlinski ilə birlikdə “qanuni oğru” titulu alıb. Lakin 2015-ci il martın 5-də Moskvada baş tutan yığıncaqda Zaxari Kalaşovun (Şako Molodoy) verdiyi “proqon” əsasında bu addan məhrum edilib.
16. Emin Hacıqabulski

Emin Camal oğlu Əhmədov 1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. 2006-cı yanvarın 29-da Moskvada saxlanılıb. 2007-ci il dekabrın 10-da məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. 2013-cü il fevralın 11-də Maqadan vilayətindəki həbsxanalardan birində “qanuni oğru” adını alıb. Həmin ilin mayında Lotu Quli tərəfindən bu addan məhrum edilib.
17. Rafət Əlibayramlinski

1979-cu il martın 17-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 2014-cü il avqustun 28-də Türkiyənin Antalya şəhərində keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Hazırda azadlıqdadır.
18. Eldar Səfərov (Elektrik)

1965-ci ildə Bakıda doğulub. 1996-cı ildə “qanuni oğru”lar Lazgiyan və Apakiyadan “oğru” adı alıb. Əsasən Nijni Novqorod şəhərində kriminal fəaliyyətlə məşğul olan “Elektrik” bir neçə dəfə narkotik vasitələr saxlamaq ittihamı ilə tutulub. 2003-cü ildən sonra kriminal fəaliyyəti barədə məlumat yoxdur.
19. Rüfət Gəncinski

1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən “sxodka”da “qanuni oğru” adını alıb. Lakin 2013-cü ilin sentyabrında “Matrosskaya Tişina” müvəqqəti saxlanma təcridxanasında “oğru” Miriko Kutaisski tərəfindən bu addan məhrum edilib. 2015-ci ildə Türkiyədə keçirilən “sxodka”da bu ad ona geri qaytarılıb.2015-ci il aprelin 1-də Moskva məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Voloqda vilayətində cəza çəkir. 2021-ci ilin sentyabrında azadlığa çıxacaq.
Bu gün azərbaycanlı "qanuni oğrular" arasında ən varlıları (milyarderlər) "Lotu Quli", Yusif Şamxorlu, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinskidir. Arif Mehdiyev və Yunus Nəzərova gəlincə, onların titulları olsa da, pulları yoxdur.
Gülnar


