Şəhid Adil Tatarov bu gün dəfn olunacaq

Xəbər verdiyimiz kimi, dünən Azabaycan Ordusu şəhid verib.
Faktor.az-ın məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlunun cənazəsi Ağstafa rayonuna aparılıb.
Şəhid Adil Tatarov bu gün doğulduğu Qıraq Kəsəmən kəndində torpağa tapşırılacaq.


