"Stolunun üstündə KQB-yə aid kitab gördüm...'" - Sabiq nazir Heydər Əliyevdən danışdı

Hit: 782
"Stolunun üstündə KQB-yə aid kitab gördüm...'" - Sabiq nazir Heydər Əliyevdən danışdı

Bu gün Ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci il dönümüdür. 

İqtisad elmləri doktoru, professor. Azərbaycan Respublikasının 1994-1999-cu illərdə Maliyyə Naziri olmuş Fikrət Yusfov Faktor.az-a Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Fikrət Yusifov Heydər Əliyev haqda dərin məntiqə malik olduğu qədər də böyük zəhmətkeş idi, deyıə bildirib:

"Heydər Əliyev dərin məntiqi olan və uzağı hər kəsdən daha aydın görməyi bacaran dahi bir siyasətçi idi. O müzakirəyə çıxarılan bütün məsələləri böyük bir peşəkarlıqla araşdırmağı bacarırdı. Bunun üçün bir insanda yalnız fitri istedadın olması gərəkdir. Belə istedad ona Tanrıdan verilmişdi. Mən öz üzərində bu qədər gərgin işləyən ikinci bir siyasətçi tanımıram. Bir dəfə onun qəbulunda olarkən masanın üzərində vaxtı ilə SSRİ xüsusi xidmət orqanına rəhbərlik etmiş tanınmış bir şəxsin kitabını gördüm. Məndə istər istəməz maraq yarandı. Görəsən on illər bundan öncə Sovetlər birliyinin xüsusi xidmət orqanına rəhbərlik etmiş bir kəsin yazdığı kitab nədən Heydər Əliyevin masasının üzərindədir, deyə öz-özümə sual verdim. Axşam televiziyanın xəbərlər proqramında həmin gün Heydər Əliyevin Rusiyanın xüsusi xidmət orqanının başçısını qəbul etdiyini gördüm. Sonradan maraqlandım ki, O, bu kitabı Rusiyanın xüsusi xidmət orqanının başçısı ilə görüşdən bir gün əvvəl Axundov adına kitabxanadan tapıb gətirməyi tələb edibmiş. Xüsusi xidmət məsələlərində hər kəsə dərs demək səviyyəsində biliyə, bacarığa sahib olan bir siyasətçi üçün bu sahədə kiminləsə görüş keçirmək və ya bu görüşdə hansısa bir məsələni müzakirə etmək çox adi bir məsələdir. Lakin Heydər Əliyev o kitabdan özünə lazım olan hansısa bir məqamı axtarıb tapmağı və görüşdə ondan istifadə etməyi qərara almışdı. Bax onun dahiliyi bunda idi. O dərin məntiqə malik olduğu qədər də böyük zəhmətkeş idi. İstənilən məsələni dərindən öyrənib sonradan onun müzakirəsini keçirirdi".

Lalə Niftaliyeva

Faktor.az









Redaktorun seçimi